2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bizim ziyanımıza olana Ermənistan niyə “yox” deyir?

AXCP sədri Əli Kərimli Facebook səhifəsində Rusiyanın təşəbbüsü ilə başlanmış Rusiya-Azərbaycan-Ermənistan danışıqlarına münasibət bildirib. Əli Kərimli yazır:

Həyatımızın paradoksları silsiləsindən. Xəbəriniz var ki, ölkəmizi bir çox məğlubiyyət ssenarilərindən məhz Ermənistan rəhbərliyinin maksimalizmi “qoruyur”? Rusiyanın nüfuzlu “Kommersant” qəzeti yazır ki, məhz Ermənistan prezidenti Rusiyanın təşəbbüsü ilə başlanmış Rusiya-Azərbaycan-Ermənistan dialoqunu pozur. Lavrovun Yerevana apardığı “Madrid prinsipləri”nin yenilənmiş variantını heç müzakirəyə qəbul etmir. Bölgəyə Rusiya “sülhməramlılarının” da gətirilməsinə etiraz edir. Xatırladım ki, bu təkliflərin hər biri bizim maraqlarımıza ziddir və bu təkliflərə əsl etiraz etməli olan Azərbaycan rəhbərliyidir. Amma Azərbaycan rəhbərliyinin konstruktivliyi “fontan vurub”, Rusiyadan gələn heç bir təklifə “yox” demir. 2007-2009-cu illərdə də belə olmuşdu.

O zaman “Madrid prinsipləri”nə də Azərbaycan razılaşmışdı, Ermənistan razılaşmamışdı. Həmin sənəd Qarabağın yekun statusunun həmin ərazidə yaşayan insanların arasında keçirilən səsvermə ilə müəyyənləşdirilməsini nəzərdə tuturdu. Ermənistan səsvermənin 5 il sonra, Azərbaycan isə 10 il sonra keçirilməsini istəyirdi. O zaman ermənilər hətta Azərbaycanın şərtilə bu sazişə razılaşsaydılar, gələn il Qarabağda referendum idi. Onun da nəticəsi necə ola bilərdi, proqnozlaşdırmaq çox böyük ağıl tələb etmir. Sual olunur ki, bəs bu təkliflər nəticə etibarı ilə bizim əleyhimizə, Ermənistanın lehinədirsə, niyə hər dəfə etiraz edən Ermənistan olur? Çünki Rusiyanın dəstəyilə vaxtilə torpaqlarımızı işğal edə bilməsi işğalçı dövləti xeyli havalandırıb, onlar indi maksimalist olublar. Hər şeyi və dərhal əldə etmək istəyirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bəzən fikirləşirəm ki, bəlkə düşmən dövlətin bu maksimalizmi Allahın bizə lütfüdür. Eybi yox, qoy hələlik Ermənistanın maksimalizmi bizim üçün neqativ olan bir çox ssenarilərn qarşısını alsın. İnşallah, bizim ölkəmizdə də vəziyyət dəyişər və o zaman əli-qolu açılmış xalqımıza heç kim milli maraqlarımıza zidd olan razılaşmaları qəbul etdirə bilməz!

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button