2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Blinken Rusiyanın öz qonşularına qarşı yeni təcavüzündən ehtiyat edərək Şərqi Avropaya gedir

Gələn həftə dövlət katibi Entoni Blinken Rusiyanın bölgədə təcavüzünə qarşı ABŞ-ın dəstəyini təsdiqləmək və müdafiənin birgə modernləşdirilməsini, eləcə də enerji təhlükəsizliyini müzakirə etmək üçün Şərqi Avropaya gedəcək,    Turan-ın Vaşinqton müxbiri bildirib. 

Mayın 28-31-də Blinken Kişinyov və Praqada olacaq, orada yüksək vəzifəli şəxslərlə görüşəcək.

Səfər Rusiyanın Ukraynaya hücumu, Moldovanın işlərinə qarışması və Gürcüstanda təbliğ olunan Moskvayönlü qanunvericiliklə bağlı narahatlığın artması fonunda baş tutacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Kişinyovda Blinkenin Moldova (Dnestryanıda 1500 Rusiya hərbçisi yerləşib) üçün “əhəmiyyətli” dəstək paketi elan edəcəyi gözlənilir,  cümə günü Avropa üzrə diplomat Ceyms O’Brayen jurnalistlərə bildirib.

“Hazırda birbaşa hərbi təhlükə yoxdur, ancaq Rusiyanın təsir əməliyyatları davam edir və bu, narahatlıq doğurur”, – o deyib.

Gürcüstanla müqayisədə Moldovanın NATO-ya daha yaxın olduğunu hesab etmək olarmı? Turan-ın müxbirinin bu sualının cavabında O’Brayen deyib ki, hər iki ölkədə əhali transatlantik inteqrasiyaya doğru irəliləmək istəyir.

“Buraya Avropa İttifaqı və NATO daxildir. Bu, aydındır,  hətta Gürcü Arzusu Partiyasının hazırkı hökuməti dövründə qəbul edilmiş Gürcüstan Konstitusiyasında da var. Bu, indi öz siyasətilə Avropa İttifaqı və NATO-ya üzv olmaq istəyini əngəlləyən partiyadır”.

Moldovada prezident Sandu andiçmə mərasimindən bəri Rusiya dezinformasiyasının obyekti olub. “Və biz hesab edirik ki, moldovalılar üçün daha yaxşı nəticələrin əldə edilməsində və son illərdə Avropaya inteqrasiya yolunda onun uğuru müdrik kursdur.

Aydındır ki, Moldova xalqının qərar vermək imkanı olacaq. Mümkün qədər az müdaxilə və dezinformasiya ilə sərbəst və ədalətli bir mühitdə qərar verməsini istəyirik və dövlət katibinin səfəri bu anı möhkəmləndirəcək”, – o deyib.

Praqada Blinken Çexiyanın xarici işlər naziri Yan Lipavski və digər vəzifəli şəxslərlə görüşərək Ukraynaya dəstəyi, o cümlədən Kiyevə daha çox hərbi sursat tədarükü ilə bağlı Çexiyanın təşəbbüsünü müzakirə edəcək.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button