2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Blinkenin Qəzza bəyanatı

class=”mediyanet-inline-adv”>

ABŞ dövlət katibi Blinken HƏMAS-ın İsrailə hücumundan sonra İsrail, İordaniya, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Misirdə rəsmi görüşlər keçirib. Burada keçirdiyi görüşləri dəyərləndirən Blinken, “Son bir neçə gündə İsrail, İordaniya, Bəhreyn, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və Misirə səfər etdim. Bütün tərəfdaşlardan eşitdiyim ümumi fikir münaqişənin yayılmasının qarşısını almaq, günahsız insanların həyatını qorumaq və Qəzzada ehtiyacı olanlara yardım çatdırmaqdır. Biz özünü müdafiə edən İsrailin yanındayıq. Birləşmiş Ştatlar Qəzza əhalisinin zərər görməməsi və ehtiyac duyduğu yardımı (qida, su, dərman) alması üçün də fəal şəkildə çalışır. “Həmas fələstinlilərin əziyyət çəkməsinin vecinə deyil.

class=”mediyanet-inline-adv”>

Saytların yığılması Saytlarin yigilmasi

BAYDENİN HƏMAS HAQQINDA BƏYANATI

ABŞ prezidenti Bayden dünən axşam verdiyi açıqlamada HƏMAS-ın Fələstin xalqının istəklərini təmsil etmədiyini ifadə edərək, “Bütün ölkələrin HƏMAS-ı Fələstin xalqının istəklərini təmsil etməyən bir terror təşkilatı olaraq birmənalı şəkildə qınamasının vaxtı çatıb. Mən Fələstin prezidenti Abbasla görüşdüm və HƏMAS-ın İsrailə hücumunu pislədim və HƏMAS-ın Fələstin xalqının ləyaqətini və öz müqəddəratını təyin etmə hüququnu təmsil etmədiyini təkrarladım. “Mən onu əmin etdim ki, humanitar yardımların Qəzzada mülki şəxslərə çatmasını təmin etmək və münaqişənin genişlənməsinin qarşısını almaq üçün regiondakı tərəfdaşlarımızla işləyirik”.

2023-10-16 12:37:19

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button