2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

BMT rəsmisi: “Azərbaycan diplomatlarının sülhün təşviqinə töhfəsi hamı üçün çox vacibdir”

Azərbaycan diplomatlarının dialoqun, sülhün təşviqinə verdiyi həyati töhfə hamı üçün çox vacibdir.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviter hesabında yazıb.

“Azərbaycanın diplomatik xidmət Günü münasibəti ilə Xarici İşlər Nazirliyinin fədakar əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm.

Çoxtərəfliliyin, dialoqun, sülhün və əməkdaşlığın təşviqinə verdiyiniz həyati töhfə hamı üçün daha parlaq və firavan gələcək qurmaq naminə çox vacibdir”, – Vladanka Andreyeva qeyd edib.

Qeyd edək ki, 9 iyul – diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button