2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Böhran təhsil sektorunu da çökdürür – Sinif rəhbəri vəzifələri ləğv olunur

Yeni 2017-ci ilin başlamasının az bir müddət olmasına baxmayaraq, artıq maliyyə böhranı bütün sahələri vurmaqda və ciddi sirkələməkdədir

24saatorg -un gununsesi.info-ya istinadən məlumatına görə, böhranın vurduğu yeni və növbəti sahələrdən biri ölkənin təhsil sektorudur.

Belə ki, Təhsil Nazirliyinin tapşırığı və göstərişi ilə yeni ildə orta ümumtəhsil məktəblərində ciddi ixtisarların olunması nəzərdə tutulub. Konkret olaraq dərs yükünün (saat) azaldılması, hətta, ibtidai siniflərdə sinif rəhbəri vəzifəsinin ləğvi gözlənilir.

Bu isə onsuz da cüzi əməkhaqqı alan müəllimlərin sosial durumlarının daha da ağırlaşmasına səbəb olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatlı mənbə onu da bildirib ki, eyni zamanda, bəzi fənlərin ləğv olunması və yaxud, birləşdirilməsi planlaşdırılır.

Məsələn, parlamentin 2016-cı ildəki son iclasında Milli Məclisin (MM) İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov orta məktəblərdə “Qarabağ Tarix”i dərsliyinin əlavə fənn kimi tədris olunmasının əleyhinə çıxmışdı. Bundan “nəticə çıxaran” aidiyyati qurum isə artıq “Qarabağ Tarix”i dərsliyini “Azərbaycan Tarix”inə birləşdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button