2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Böyük Britaniya azərbaycanlı deputatın əmlakını dondurub

London Ali Məhkəməsi azərbaycanlı deputat Cavanşir Feyziyevə və onun xanımına məxsus 39 milyon funt sterlinq dəyərindəki 22 daşınmaz əmlaka həbs qoyub.

Toplum TV “Turan” agentliyinə istinadən xəbər verir ki, əmlaklar ötən ilin iyun ayında dondurulub. 

OCCRP-in (Korrupsiya və mütəşəkkil cinayətkarlığı Araşdırma Mərkəzi) dərc etdiyi sənədlərə görə, bu müddət ərzində Feyziyev Londonda daşınmaz əmlakın alınması üçün vəsaitin qanuniliyi barədə sorğulara cavab verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Dondurulmuş əmlaklar arasında ən bahalı əmlak “Chelsea Barracks” kompleksində dəyəri 26 milyon funt sterlinqdən (33,4 milyon dollar) çox olan iki rezidensiyadır.  

Dondurulmuş digər mülklər arasında Ricents-Parka mənzərəsi olan mənzil, həmçinin Londonun şimal-qərbindəki yaşayış kompleksində 19 mənzil var.  

Cavanşir Feyziyev əvvəllər parlamentlərarası əlaqələr üzrə Azərbaycan-Britaniya işçi qrupuna rəhbərlik edib və 2022-ci ilə qədər Avropa İttifaqı- Azərbaycan parlament əməkdaşlıq Komitəsinin həmsədri olub. Britaniya məhkəməsi onun qohumlarına məxsus 5,6 milyon funt sterlinqdən çox vəsaiti müsadirə etdikdən bir neçə ay sonra o, bu vəzifələrdən kənarlaşıb.

Məsələylə əlaqədar Azərbaycan tərəfindən və ya deputatın özü tərəfindən açıqlama verilməyib. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button