Loading...
Loading...
Gündəm

Böyük Britaniyadan cəbhədəki vəziyyətlə bağlı – Bəyanat

bob-blekmenBöyük BritaniyaAzərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Blekmen Dağlıq Qarabağda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması ilə əlaqədar bəyanatla çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, millət vəkili bildirib ki, uzun müddətdir təmas xəttində gərginlik artmaqda idi:

“Hazırda cəbhə bölgəsində ağır döyüşlər gedir. Birləşmiş Millətlər Təşkilatı bu məsələyə qarışmalı və özünün Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində göstərildiyi kimi, erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir”.

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun