Siyasət
BQXK Azərbaycan və Ermənistan arasında 700-ə yaxın şəxsin qaytarılmasında iştirak edib
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1990-cı ildən 2020-ci ilə qədər 700-ə yaxın saxlanılan şəxsin hər iki tərəfə qaytarılmasında iştirak edib.
“Report” xəbər verir ki, bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə saxlanılan şəxsə onu saxlayan tərəf məsuliyyət daşıyır: “BQXK bu məsələdə heç bir məsuliyyət daşıya bilməz”.
Mənbə:Report