2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Britaniyalı nazir: “Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı”

Dokerti deyib ki, Britaniya Cənubi Qafqazda sülhə töhfə verməyə hazırdır

Noyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.

Leo Dokerti səfərindən məmnunluğunu ifadə edərək bildirib ki, Böyük Britaniya regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşır:

Saytların yığılması Saytlarin yigilmasi

“Uzun illərdir ki, Azərbaycanla çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr edirik. Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı”.

Məlumatı “president.az” yayıb.

Britaniyalı nazirin səfərinin ikitərəfli, eləcə də regional gündəliyin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayan İlham Əliyev iqtisadi əlaqələrin enerji sahəsində əməkdaşlıqdan başladığını, BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan işbirliyinin həyata keçirildiyini qeyd edib:

“BP şirkətinin uzun illər bundan əvvəl Azərbaycanda fəaliyyətə başlaması ölkəmizin iqtisadi inkişafında və respublikamızda investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayıb. Hazırda Azərbaycan-BP əməkdaşlığı bərpaolunan enerji sahəsi ilə bağlı yeni mərhələyə qədəm qoyub və bu, region üçün çox gözəl nümunədir”.

Ölkə başçısı daha sonra anti-terror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa edildiyini deyib.

“Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəlin olmadığını deyərək ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Yerevanla dialoqa hazır olduğunu vurğuladı”, – deyə məlumatda bildirilib.

Britanilayı nazir isə Londonun bu prosesə dəstək verməyə hazır olduğunu ifadə edib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button