2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Britaniyalı politoloq: “Aİ-nin anti-Azərbaycan bəyanatları erməni diasporunun səylərinin nəticəsidir”

“Avropa İttifaqının (Aİ) Azərbaycana qarşı ayrı-seçkiliyi Qarabağ regionunun bir zamanlar Ermənistanın işğalı altında qalması ilə bağlı məsələni və bunun tarixini dərk etməməsi ilə bağlıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında britaniyalı politoloq və jurnalist Nil Vatson deyib.

Politoloqun fikrincə, Avropa Şurası Nazirlər Komitəsinin və Aİ nümayəndə heyətinin oktyabrın 18-də verdiyi bəyanata erməni lobbisi və onların guya tarix boyu “özlərini qurban verən” ermənilərlə bağlı mifləri güclü təsir edib: “Erməni diasporu bu mənada Aİ-də böyük uğur qazanıb və onun yalan bəyanatlarına istinad olunur. Odur ki, Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının pozulduğunu, onların mədəni irsinin dağıdıldığını göstərmək üçün Qərb siyasətçiləri və media nümayəndələrinin Azərbaycanın azad edilmiş ərazilərinə daha da çox səfərlər təşkil etmək lazımdır. Bu, onlara nəinki dağıntıları gözləri ilə görməyə imkan yaradacaq, həm də Azərbaycanın Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğalının tarixini daha yaxşı anlamağa kömək edəcək”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button