2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bu dəfə səbr və təmkin…

Dövlət başçısının mətbuat katibi Ermənistanla münasibətlərin normallaşdırılmasına prinsipcə qarşı olmadıqlarını açıqlayanda Bakının göstərəcəyi reaksiyadan ehtiyat edilirdi. Azərbaycandan  gələn daha mülayim açıqlama  Ankaradakı tərəddüdləri müəyyən dərəcədə aradan qaldırsa da təmkin qorundu. Diplomatiya idarəsi, regionun məsələləri üzərində baş sındıran QHT-lərin fikirlərini öyrənməyi uyğun görərək ənənəvi səbrliliyini  mühafizə etdi, QHT-lər isə bu məsələni geniş müzakirə etmək üçün iclaslar keçirməyə davam edir.

44 günlük müharibənin ilk günündən Türkiyənin müəyyənləşdirdiyi mövqe “Döyüş sahəsində də masa arxasında Azərbaycanın tərəfindəyik” – idi, müharibədən sonra bu mövqe məzmun dəyişdirmədən “Azərbaycan nə desə, hansı addımı atsa, biz qəbul edirik” – formasına təkamül etdirildi. Buna görən də Ankara tərəddüdlü hərəkət edir, Bakıdan gələcək xəbərləri gözləmədən Türkiyədə bu işə birinci dərəcədə maraq göstərən qurumlarla məsləhətləşilməsi də ehtiyatı əldən verməmək naminədir. 44 günlük müharibədən əvvəlki 2 ay və sonrakı proseslər, xüsusilə, hərbi sahədəki münasibətləri nə qədər yaxınlaşdırsa da  Bakı ilə məsləhətləşilib dəqiq cavab almadan qəti addımların atılmayacağı müşahidə edilməkdədir. Bunun əsas səbəbi öz iradəsindən asılı olmayaraq, Bakıda baş verə biləcək siyasət dəyişikliyi  ehtimalıdır.

Bəli, 10 noyabrda gecə yarısı `Sülhməramlı qüvvələr` etiketiylə rus silahlı qüvvələrinin bir anda Azərbaycan torpaqlarına girərək sərhəd məntəqəsi də daxil olmaqla, təxminən 4 min kvadrat kilometr ərazini öz nəzarətinə alması Ankaranı, “qatığı üfləyərək yeməyə” məcbur edir. Bunu normal qarşılamaq lazımdır. Çünki istənilən ölkənin ərazisinin nəinki 4 min, hətta 400 kvadrat kilometrində əcnəbi hərbi qüvvənin olması o ölkə üçün həmişə təhdid mənbəyidir və bir anda siyasət dəyişikliyinə səbəb ola bilər.

Saytların yığılması Saytlarin yigilmasi

 

 

 

Digər tərəfdən, iki ölkənin münasibətlərində 6 sentyabr 2008-ci ildə prezident Abdullah Gülün İrəvana 1 günlük səfəriylə başalayan soyuqluq 2009-cu ilin fevralındaan  rus və erməni dezinformasiyalarıyla pərdə arxasında getdikcə daha da artmış  və 10 oktyabrda Sürix protokollarının imzalanmasıyla pik həddinə çatmışdı və Bakıdakı Türk şəhidliyindən bayraqların çıxarılmasına Azərbaycanın siyasətçisindən diplomatına qədər  hərə istədiyi şərhi vermişdi. Sürix protokollarının imzalanmasına sərt reaksiya göstərən Azərbaycan 2009-cu ilin noyabr-dekabr aylarında Türkiyənin vasitəçiliyi ilə İstanbul və Ankarada Rusiya nümayəndələrinin də iştirakıyla Ermənistan heyətiylə müzakirələri qəbul etmiş ancaq Ermənistan Konstitusiya məhkəməsinin 12 yanvar 2010-cu ildə protokolları qüvvədən salmasıyla  proses başa çatmışdı.

Türkiyənin ən böyük neftayırma müəssisəsi olan `Petkim`in 51%-lik hissəsinin ARDNŞ tərəfindən alınmasından sonra 25 oktyabr  2011-ci ildə Azərbaycan Türkiyəyə 5 milyard dollarlıq investisiya gətirmiş və ara sakitləşmişdi. Ona görə Nikol Paşinyan nə qədər zeytun budağı uzatsa da Ankara bu dəfə təmkinini qoruyacaq; hətta iyunun 15-də imzalanmış `Şuşa bəyannaməsi` də Ankaranın təmkinini yerindən asanlıqla  tərpətməyə kifayət etməyəcək. Çünki Ankaranın ehtiyat etdiyi ən mühüm faktorlar – rus ordusunun  geri qayıdaraq Azərbaycan-Ermənistan sərhədini nəzarət altına alması (xüsusilə, Azərbaycan torpaqlarından Ermənistana yeni və Bakının nəzarət etməyəcəyi bir sərhəd məntəqəsinin   açılması planın), separatçıların himayə edilməsi və Ermənistana hərtərəfli dəstəyin getdikcə artırılmasıdır.

 

 

Bir anlığa təsəvvür edin  ki, Türkiyə-Ermənistan münasibətləri normallaşmağa başlayıb, o biri tərəfdən isə Rusiya həm Dağlıq Qarabağda özünün gücünün  üstünə güc  qoymaqla qalmayıb bir tərəfdən,oradakı erməni separatçılarını dəstəkləyir, o biri tərəfdən isə Ermənistanı gücləndirərək Bakının etirazlarını qulaq ardına vurur. Bu durumda Ermənistan ilə münasibətlərini “normallaşdırma”  istiqamətində müəyyən addımlar atmış Türkiyə prosesləri dayandıracaq, geri döndərəcək, sərhədi yenidən bağlayacaq: nə edəcək, deyərsinizmi?

Bütün bunları təfərrüatla götür-qoy edən Ankara üçün ən məntiqli variant Bakıdan gələcək cavabları həssaslıqla analiz edəndən sonra təmkinli addım atmaq olmayacaqmı?

 Suriyadakı “rus ordusu” faktoru Türkiyənin oradakı varlığına ən ciddi  təhdidi tərədərkən eyni ölkəyə məxsus ordunun Azərbaycandakı varlığının Türkiyənin işini asanlaşdırdığını düşünürsünüzmü?

Elədirsə, rus ordusunun Azərbaycandan çıxacağı günü hesablayan jurnalistlədən heç bir fərqiniz yoxdur.    

Mayis Əlizadə

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button