2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bu gün “Heydər Əliyev İli” çərçivəsində Latviyada beynəlxalq konfrans keçiriləcək

Milli Məclisin deputatları Kamran Bayramov və Asim Mollazadə Latviyaya səfərləri çərçivəsində Latviya Xarici İşlər Nazirliyinin Parlament katibi Qunda Reire ilə görüşüblər.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, görüşdə Azərbaycan-Latviya münasibətlərinin inkişafından bəhs olunub.

Eyni zamanda 2024-cü ildə Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağından məmnunluq ifadə edilib.

Həmçinin, ölkələrimizin beynəxalq təşkilatlar çərçivəsində təşəbbüslərinin qarşılıqlı dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərinə toxunulub və Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində rolu xüsusi vurğulanıb.

Eləcə də BMT, Avropa Şurası, NATO və digər təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin perspektivləri müzakirə olunub.

“Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan-Latviya strateji tərəfaşdaşlığının genişləndirilməsi: keçmişdən bu günə və gələcəyə” mövzusunda bu gün Latviya Universitetində keçiriləcək beynəlxalq konfrans haqqında məlumat verilib.

Konfransda ikitərəfli Azərbaycan-Latviya münasibətlərinin müxtəlif aspektləri üzrə hər iki ölkənin parlamentinin üzvlərinin, aparıcı beyin mərkəzləri və təhsil ocaqlarının mütəxəssislərinin çıxış edəcəyi və maraqlı təqdimatların olacağı diqqətə çatdırılıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button