2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bu il xaricdən Azərbaycana gətirilən vətəndaşların sayı məlum olub

Bu il xarici ölkələrdən Azərbaycana repatriasiya olunan vətəndaşların sayı məlum olub.

Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Məlumata görə, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 661 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunublar. 26 aprel tarixində Sudan Respublikasındakı vəziyyət ilə əlaqədar bu ölkədə yaşayan 26 Azərbaycan vətəndaşı ölkəmizə repatriasiya olunublar.

Saytların yığılması Saytlarin yigilmasi

Qəzza sektorundan (Fələstin) 12 nəfər Azərbaycan vətəndaşının ölkəmizə gətirilməsi istiqamətində əlaqələndirmə işləri aparılıb.

Qeyd olunub ki, həmçinin il ərzində Suriyadan ölkəmizə 13 nəfər qadın, 49 nəfər uşaq olmaqla 62 nəfərin repatriasiyası həyata keçirilib.

Eyni zamanda, İraqdan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası həyata keçirilib. 

XİN-in məlumatına görə, hazırda İraq Respublikasında Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyəti müəyyənləşdirilmiş azyaşlı qalmayıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button