Bu ölkədə uşaqlara milli olmayan adlar qoymaq qadağan edildi - 24 saat xəbərlər
Now Reading:
Bu ölkədə uşaqlara milli olmayan adlar qoymaq qadağan edildi
Full Article 40 second read

Bu ölkədə uşaqlara milli olmayan adlar qoymaq qadağan edildi

Tacikistan hökuməti yeni doğulan uşaqlara milli olmayan adların qoyulmasını qadağan edən qanun qəbul edib. Qanunun tələbinə uyğun olaraq ölkədə “Milli adların reyestri” yaradılıb.

Xüsusi topluda milli adlardan ibarət 3 mindən çox numunə var. Orada adların rus və ingils dillərində düzgün yazılış qaydası da göstərilib.
Tacikistan Mədəniyyət Nazirliyi bu qərarın mədəni-tarixi dəyərlərin qorunması məqsədilə qəbul olunduğu açıqlayıb.

Qaydaya görə, tacik soyadı ya ata adı ola, ya da -i, -zod, -zoda, -on, -yon, -yen, -yor, -niyo, -far sonluqlu adlarla bitə bilər.
Uşaqlara xarici adlarla yanaşı, əşya, heyvan, quş adlarının da verilməsi qadağan edilib.
Adların önünə “molla”, “xəlifə”, “tura”, “hoca”,  “şeyx”, “vali”, “oxun”, “əmir”, “sufi” kimi, psevdonimlərin artırılmasına da qadağa qoyulub.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.