24 saat

Bunlar hətta hərbi sənaye üçün ayrılan pulları da yeyiblər

Hakimiyyətin 3 milyardlıq korrupsiyası barədə beynəlxalq araşdırmaçı jurnalistlərin üzə çıxardığı faktlarla bağlı yeni-yeni detallar aşkarlanır. AXCP sədri Əli Kərimli belə detallardan biri barədə yazaraq, hətta hərbi sənayə sahəsində də oğurluq olduğunu diqqətə çatdırıb və bunu ağır cinayət adlandırıb:

“Hakimiyyət sadəcə susmaqla, onu-bunu söyməklə bu dəhşətli cinayətin altından çıxa bilməz. Bunlar hətta hərbi sənaye üçün ayrılan pulları da yeyiblər. Deməli, büdcədən 100 milyonlarla manatı ayırıblar Müdafiə Sənayesi Nazirliyinə, xalqa da minnət qoyublar ki, müstəqil hərbi sənaye yaradırıq (o başqa söhbət ki, velosiped düzəldə bilməyənlərin hərbi sənayesi necə ola bilər). Müdafiə Sənayesi Nazirliyi də yalnız bir gündə (01.09.2014) 8 milyon 500 min dollardan artıq pulu keçirib ofşor şirkətlərin birinə – bunların “qara kassasına”. Müdafiə sənayesinə ayrılan pulları yemək sadəcə xalq malını talan etmək deyil, həm də orduya – əsgər və zabitlərimizə qarşı cinayətdir, dövlətin müdafiə qabiliyyətini zəiflətməkdir. Cavab verməlidirlər!”

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button