2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bunların etdikləri insanlıq adına ləkədir

Milli Şuranın sədri Cəmil Həsənli

Azərbaycan hakimiyyəti hər addımda ifşa olur. Əslində öz ağılsız əməlləri ilə onlar özləri özlərini ifşa edirlər. Hansı ağılla global bioloji təhlükədən öz əlehdarlarına qarşı istifadə etmək fikrinə düşmək, müxalifəti məhv etmək iddiasında olmaq və bunu açıq ifadə etmək olardı? Dünya gördü ki, koronavirusdan da təhlükəli bəla var. Bu avtoritarizm, diktatorluq, feodal ailə hakimiyyətidir. İlham Əliyev məşhur Novruz “təbriki” ilə öz mahiyyətəni ortaya qoydu və dünya da bu təhlükəni gördü. İndi hamının Əliyev rejimin üstünə gəlməsi onun antimilli, antihumanist, antibəşəri mahiyyəti ilə bağlıdır. Ölkə bioloji təhlükənin girdabına yuvarlandığı bir vaxtda bu öz əleyhdarların “Çistka” yolu ilə məhv etmək istəyir. Onun danışdıqları və etdikləri dünyada hər kəsi şoka salır. Görün Ser Roger Gale nə yazır: “Azərbaycan hakimiyyətinin koronavirus pandemiyasını belə utancverici şəkildə müxalifətin əleyhinə sui-istifadə etməsi məni heyrətləndirdi və dəhşətə saldı”. “İnanmaq çox çətindir ki, hər hansı dövlət başçısı xalqın sağlamlığı üçün ağır olan vəziyyətdən öz hakimiyyətini qorumaq naminə istifadə edir”. Stefan Şennak bildirib ki, “prezident Əliyevin ölkəsindəki müxalifəti təsvir etmək üçün işlətdiyi sözlər və onları satqın ‘beşinci kolon’ adlandırması son dərəcə qeyri-demokratikdir.” Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç, Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun dərhal azad edilməsini tələb edir.“Tofiq Yaqublunun şübhəli ittihamlarla saxlanılması və həbsi hökumət tənqidçilərinin təqib etməsinin davamının daha bir nümunəsidir. Azərbaycan hakimiyyəti ittihamları ləğv etməli, onun dərhal azad edilməsini təmin etməli və sağlamlığının təhlükə altına qalmaması üçün tədbirlər görməlidir ” Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanda həbs olunmuş müxalifətçi siyasətçi Tofiq Yaqublunun müdafiəsi üçün kampaniyaya başlayıb. ABŞ Konqresin İnsan Hüquqları Komisssiyasının çağırışında deyilir ki: “Heç bir hökumət koronavirusu bəhanə edib demokratik müxalifəti əzməməlidir.” Konqresmenlər Christopher H. Smith və James P. McGovernin həmsədr olduğu İnsan Hüquqları Komisssiyası Tofiq Yaqublunun həbsinə etiraz edir. Komissiya adından verilmiş açıqlamada deyilir: “Azərbaycan hakimiyyəti pandemiya şəraitində azad sözü əzmək məqsədilə müxalifət liderlərindən Tofiq Yaqublunu xuliqanlıq ittihamı ilə həbs edib. Heç bir hökumət koronavirusu bəhanə edib demokratik müxalifəti əzməməlidir.” Tofiq Yaqublunun eybəcər formada həbsindən sonra beynəlxalq aləmdə hamı bunlara tüpürür. Bunların etdikləri insanlıq adına ləkədir. Bunlar xalqın seçim haqqın mənimsəyib dövlət adına fəaliyyət göstərən bandit sürüsüdür. İndi artıq dünya da bunları elə belə qəbul edir. Ölkənin ən dürüst, ən şərəfli, cəmiyyətə örnək olan Tofiq Yaqublu kimi müxalifət liderini, Qarabağ döyüşçüsünü, keçmiş siyasi məhbusu “xuliqanlıq” maddəsi ilə həbs etmək üçün bandit olmaq lazımdır. Tofiq bəylə bağlı dünyanın bunların üzərinə gəlməsi də, məhz bunların bandit mahiyyəti ilə bağlıdır. Dövlət bantitizmi!

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button