2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

BÜRCLƏR – 21 Dekabr

Qoç – çox nadir rast gəlinən stabil emosional fona malik gündür. Yaşananlara rəğmən sakit, soyuqqanlı olun. Məntiqli davranın, baş verənlərə təmkinlə reaksiya verin.

Buğa – çoxdan bəri həllini gözləyən və sizi narahat edən müşkülün çözümü üçün əlverişli zamandır. Günün ikinci yarısında qohumların dəstəyinə ehtiyac var.

Əkizlər –  zəruri güc, qüvvə və dəstəyi ailədə tapacaqsınız. Ev işləri ilə məşğul olun. Belədə yaxşı ideyalar yarana bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Xərçəng – istənilən formada hiyləgərlik və intriqa ilə müqayisədə səmimiyyətlə aşkarlığın daha güclü olacağı gündür. Bədxahlarla rəqiblərə qarşı aqressiv olmayın. Bir sıra çətinlikləri birlikdə dəf edəcəyiniz yeni dostlarınız ola bilər.

Şir –  dəvət aldığınız tədbirə yollanın. Ünsiyyəti məhdudlaşdırmayın. Orijinal, hətta ekstravaqant davrana bilərsiniz. İndiki fəaliyyətinizin bəhrəsini az sonra görəcəksiniz. Əməklərinizə görə dərhal mükafat alacağınızı düşünməyin.

Qız – çalışdığınız sahədə və ya işdə fikir ayrılıqları ola bilər. Rəhbərlik və ya sifarişçi ilə mübahisə istisna deyil. Vaxtında güzəştə getməyi bacarın ki, fəaliyyətinizin mənfi nəticələri olmasın.

Tərəzi – şərik, həmkar və ya tərəfdaşla mübahisələr yaşana bilər. Günün ikinci yarısında mövqeyinizi qorumaq, müdafiə etmək asan olmasa da, bu işin öhdəsindən gəlin.

Əqrəb – bütün diqqətinizi və vaxtınızı işə sərf etməyin. Dostlar, qohumlar, sevdiyiniz insanla ünsiyyətə vaxt tapın. Son vaxtlar onları narahat edən istənilən problemi müzakirə edə bilərsiniz. Problemlərin həll yollarını arayın.

Oxatan – əlverişli emosional fona malik gündür. Əhvalınız xoş olacaq. Dostlarla görüş, yeni planların hazırlanması, fərqli istiqamətin bəlirlənməsi üçün yaxşı zamandır.

Oğlaq –  qarşılaşacağınız insanla bağlı tələsik qərar verməyin. İlk təəssürat aldadıcı ola bilər. Axşam saatlarında normal istirahət edin.

Dolça – Pərişan olan, ruhdan düşənlərə ürək-dirək verin. Çətin vəziyyətə düşənə yardım edin. Sizi maraqlı görüş gözləyir.

Balıqlar – səfər, səyahət, şəraitin dəyişdirilməsi, köç üçün əlverişli zamandır. Dayanmayın, hərəkət edin. İradəli olun. Əldə etdiyiniz nailiyyətlə kifayətlənməyin Yaxın ətrafınızdakı insanları ruhlandırın.

Milli.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button