2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Buxarest doqquzluğu” Moldovanın Avropa yolunu dəstəkləyib

“Buxarest doqquzluğu” ölkələri (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) Moldova hakimiyyətinin Avropayönlü siyasətini dəstəkləyir.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkələrin liderlərinin Polşa Prezidentinin rəsmi saytında dərc olunmuş birgə bəyanatında deyilir.

“Biz Moldova Respublikasının Avropa yolunda sabitliyi qorumaq və islahatları təşviq etmək səylərini yüksək qiymətləndiririk”, – sənəddə deyilir. “Doqquzluq” liderləri Moldovaya, eləcə də Gürcüstana, Bosniya və Herseqovinaya NATO vasitəsilə hər hansı pis niyyətli təsirə qarşı bütünlüklərini və dayanıqlılıqlarını gücləndirmək üçün dəstəyi artırmaq niyyətlərini ifadə ediblər. Onlar həmçinin qeyd ediblər ki, “Buxarest doqquzluğu” Baltik və Qara dənizlərin, eləcə də Balkanların Şimali Atlantika Alyansı üçün strateji əhəmiyyətini dərk edirlər.

Qeyd edək ki, “Buxarest doqquzluğu”na daxil olan ölkələrin prezidentləri NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammiti ərəfəsində mövqelərini əlaqələndirmək üçün Bratislavada bir araya gəliblər. Görüşdə NATO-nun Baş katibi Yens Stoltenberq də iştirak edib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button