Loading...
Loading...
Siyasət

Çərşənbə gününə keçən gecə eyni istiqamətlərdə atışma davam edib

Bakı/18.08.21 Avqustun 17-də axşam və ayın 18-nə keçən gecə ErmənistanAzərbaycan Silahlı Qüvvələri arasında sərhəddə atışma davam edib.

Belə ki, düşmən Kəlbəcər və Gədəbəy rayonlarının İstisu və Qalakənd yaşayış məntəqələri istiqamətində Azərbaycan mövqelərini atəşə tutub.

Naxçıvan istiqamətində atışma əvvəlkitək Sədərək rayonunun Heydərabad qəsəbəsi  istiqamətində baş verib. Şəxsi heyət arasında itki yoxdur, Azərbaycan    Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Erməni tərəfi Azərbaycan Silahlı Qüvvələrini Zod qəsəbəsi istiqamətində mövqelərinin atəşə tutulmasında və öz hərbçisinin yaralanmasında ittiham edib.

Öz növbəsində Rusiya sülhməramlıları Şuşa şəhərinin girəcəyində erməni və Azərbaycan postları arasında atışma olduğunu bildiriblər. Xəsarət alanlar yoxdur.-02D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button