2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Cəbhəçi polisin küçə ticarətinə mane olduğunu deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Tofiq Məmmədov polis bölməsinə aparıldığını deyir. T.Məmmədovun sözlərinə görə, artıq dörd gündür ki, onun küçə ticarətlə məşğul olmasına maneə yaradılır: “Yasamal rayonunun ərazisində küçə ticarəti ilə məşğulam. Amma dörd gün əvvəl polislər gəlib mənə dedi ki, sən Saleh Rüstəmovun aclıq aksiyası keçirilməsi ilə bağlı sosial şəbəkələrdə yazıb dövlət başçısını tənqid edirsən, yazma. Mən də davam edəcəyimi deyəndən sonra küçə ticarəti ilə məşğul olmağıma imkan verilməyəcəyi söyləndi”.

T.Məmmədov qeyd edib ki, bu gün, noyabrın 22-də buna və Saleh Rüstəmovun həbsinə etiraz olaraq ticarətlə məşğul olduğu yerdə divara qara boya ilə “Polisə istefa”, “Siyasi məhbuslara azadlıq” yazıb: “Buna görə məni Yasamal rayon 29-cu polis bölməsinə apardılar. Amma rəhbərlik olmadığına görə məni sərbəst buraxıb sabah çağıracaqları ilə bağlı xəbərdarlıq verdilər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

T.Məmmədov müxalifətin aksiyalarında yaxından iştirak edir. O, bundan əvvəl də siyasi baxışlarına görə küçə ticarətinə maneə yaradılması ilə bağlı iddialar səsləndirib. Amma belə şikayətlər rəsmən təsdiq edilməyib.

Xatırlatma

Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun artıq 17 gündür aclıq aksiyası keçirdiyi bildirilir. Onun həbsinə etiraz etdiyi vurğulanır. S.Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də AXCP-nin üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar. AXCP ittihami yalanlamışdı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. B.Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button