2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cəbrayıl köçkünlərinin apelyasiya şikayəti təmin edilməyib

Yanvarın 19-da Cəbrayıl rayonundan olan məcburi köçkünlər – Cəlal Quliyev, Zaur Fehruzlu və Ülvi Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə Cəbrayıl Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətini Şirvan Apellyasiya Məhkəməsi təmin etməyib. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Beləliklə, Cəbrayıl Rayon Məhkəməsinin hər üç şəxsin barədə 3 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərarı qüvvədə saxlanılıb.

Vəkilin sözlərinə görə, poçtda ləngimə olduğundan həmin iş üzrə həbs edilmiş İlkin İsgəndərovun barəsində həbsdən apelyasiya şikayəti üzrə məhkəmə baxışı hələ təyin edilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Yanvarın 18-də Şirvan Apellyasiya Məhkəməsi prokurorluğun məktubunu əsas gətirərək şikayəti qəbul etməmişdi. Prokurorluğun məktubunda qeyd olunub ki, vəkil Elçin Sadıqov eyni vaxtda 4 müttəhimi müdafiə edir və guya bu, istintaq altında olanların maraqlarına ziddir.

2016-ci il dekabrın 22-də Biləsuvar rayonunda 11 qəsəbəyə elektrik enerjisinin verilməsinin kəsilməsilə əlaqədar sakinlər etiraz aksiyası keçiriblər.

Aksiya polis tərəfindən dağıdılıb. Beş iştirakçı polisə müqavimət göstərmək, iğtişaşlar törətmək, başqasının əmlakını məhv etmək ittihamları ilə həbs olunub.

Cəlal Quliyev, Zaur Fehruzlu, Gülağa Alməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov həbs olunub. Onlar Cəbrayıl köçkünləridir. Elçin Sadıqov onlardan dördünü (Alməmmədovdan başqa) müdafiə edir.

“Turan”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button