2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Cənubi Koreyada daşqın nəticəsində ölənlərin sayı artıb

2023-07-18 12:42:33

Cənubi Koreyada ötən həftədən bəri yağan güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı artır. Cənubi Koreya rəsmiləri 8 nəfərin itkin düşdüyü ölkədə ölənlərin sayının 41-ə yüksəldiyini açıqlayıb. Ölkədə baş verən sel fəlakəti səbəbindən qatarların hərəkətində fasilələr yaranıb. Sel və sürüşmə nəticəsində yollar zədələnərkən, kənd təsərrüfatı sahələrinin də böyük bir hissəsi su altında qalıb. Yarım milyon təsərrüfat heyvanının tələf olduğu açıqlanıb.

14 HƏYAT MƏDƏN BAXILDI

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd olunub ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol dünən fövqəladə iclas keçirərək, hakimiyyət orqanlarına fəlakət zonalarının yaradılması və daşqından zərər çəkmiş ərazilərin tikintisi üçün bütün lazımi işləri sürətləndirməyi tapşırıb. Yeol yerli hökumətləri tənqid edərək, Şimali Gyeongsang əyalətinin Cheongju şəhərindəki tunelin daşqın zamanı nəqliyyat vasitələrinin hərəkətinə bağlanmadığını və nəticədə çoxlu insan tələfatı olduğunu bildirib.

Ən azı 14 cəsəd tuneldən çıxarılıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button