Loading...
Loading...
Texnologiya

'Call of Duty: Modern Warfare II'nin ilk gameplay videosu sərgilənib (VİDEO)

    Keçirilmiş Summer Game Fest 2022 adlı online tədbir çərçivəsində Activision Blizzard şirkəti hazırlanan “Call of Duty: Modern Warfare II” oyununun ilk gameplay videosunu sərgiləyib. Sərgilənmiş gameplay videosu oyunun süjet xəttini əhatə edən missiyalardan birinə aiddir. Qeyd etmək lazımdır ki, “Call of Duty: Modern Warfare II” bu ilin 28 oktyabr tarixində Playstation 4, Playstation 5, Xbox One, Xbox Series X, Series S konsolları və PC üçün satışa çıxacaq. Yeni oyunun süjet xətti yenidən Captain Price -ın rəhbərliyi altında olan Task 141 dəstəsinin macəraları haqqında olacaq. Məlumata əsasən bu dəfə Task 141 dəstəsi Al-Qatala adlı terrorçu qruplaşmaya və Meksikanın Las Alamas adlı narkotik kartelinə qarşı mübarizə aparacaq. “Call of Duty: Modern Warfare II”dən əlavə olaraq bu ilin sonuna kimi “Warzone 2.0battle royale oyunu da işıq üzü görəcək.

24 saat” “'Call of Duty: Modern Warfare II'nin ilk gameplay videosu sərgilənib (VİDEO)” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Alimlər kosmosdan gələn və təkrarlanan ikinci radiosiqnalı qeydə alıblar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button