2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

‘‘Casusların’ ifşası rüsvayçılıq və hakimiyyətin çökməsidir…’

“Hakimiyyət düşünürdü ki, “MTN işi üzrə” ifşalar Akif Çovdarov və Elçin Quliyev kimi idarənin keçmiş yüksək vəzifəli generalları ilə məhdudlaşacaq. Əslində, MTN casusları haqqında açıqlanan iddialar bütün siyasi hakimiyyətin uğursuzluğudur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimli vətəndaş cəmiyyəti və jurnalistlər arasında gizli casusların olması barədə KİV-də yayılan bəzi məlumatları dəyərləndirərkən belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

AXCP sədrinin fikrincə, bu mövzuda baş verən müzakirələr hökumətin mahiyyətinə uyğundur.

“Baş verənlər Əliyev rejiminin mahiyyətini əks etdirir. Məlum olub ki, MTN-dən milli təhlükəsizliyin müdafiəsində deyil, hakimiyyətinin mühafizəsi, daxili müxalifətə qarşı mübarizə, vətəndaş cəmiyyəti nümayəndələrinin əməkdaşlığa cəlb olunması üçün istifadə olunub”, – deyə Ə.Kərimli qeyd edib.

Onun fikrincə, belə fəaliyyət ümumilikdə ziyanlı olub.

“Bu əməllər nəticəsində vətəndaş cəmiyyəti zəifləyib. İndi vətəndaş cəmiyyəti adından Strasburqa gedib siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsinin əleyhinə çıxanların niyə problemin ölkə daxilində həll ediləcəyini dedikləri aydın olur”, deyən AXCP sədrinə görə, baş verənlər Azərbaycan hakimiyyətindən ötrü rüsvayçılıqdır.

Uğursuzluq…

Müsavat Partiyasının sədri Arif Hacılı da baş verənləri rüsvayçılıq sayır.

“Bu, həm hakimiyyətin, həm də xüsusi xidmətlərin uğursuzluğu, hakimiyyətin çökməsidir”, – A.Hacılı bildirib.

“İntiharların artması, kütləvi mühacirət, dövlət idarəetməsinin real iştirakçılarının sayının minimuma enməsi, hərbiçilər arasında casus şəbəkəsinin ifşa olunması, dövlət qurumlarının bir-birini nüfuzdan salmağa çalışması, bank sektorunun süqutu – bütün bunlar siyasi sistemin uğursuzluğunun dəlilidir”, – o, vurğulayıb.

Xatırlatma

Hazırda davam edən «MTN işi» məhkəməsi çərçivəsində bəzi xəbər saytları cinayət işi ilə bağlı istintaq materiallarına istinadən, bu qurumla əməkdaşlıq etdiyi bildirilən bəzi şəxslərin kod adlarını və bu əməkdaşlığa görə aldıqları pul vəsaitlərinin həcmi barədə informasiyalar yayıb.

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün, mayın 15-də həmin informasiyalarla bağlı araşdırmalara başladığını açıqlayıb. Qurum bildirib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə məxfi əməkdaşlıq etdikləri bildirilən bir sıra şəxslər və ya onların məxfi təxəllüsləri haqqında məlumatların yayılması cinayət işi üzrə araşdırılır. Cinayət işi yayılan məlumatlarda qeyd olunan halların düzgünlüyü, dövlət sirri təşkil edən məlumatların yayılması və açıqlanma mənbəyi ilə bağlıdır.

Qurum həmçinin açıqlamasında bildirir ki, kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlar dövlət sirridir. Belə məlumatların yayılması qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti yaradır.

Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ilin dekabrında ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Əks Kəşfiyyat Xidməti yaradılıb. Keçmiş nazirliyin 20-yə qədər əməkdaşı mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və bir sıra başqa cinayətlərdə ittiham edilirlər. Onlardan bəzilərinin hazırda məhkəməsi gedir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button