2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə İsrail-Fələstin münaqişəsi haqqında danışıb

Oktyabr 18-də xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirakı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Xəlifə Şahin Əlmarar ilə görüşüb, İsrail-Fələstin münaqişəsi haqqında danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə tərəflər arasında Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli və çoxtərəfli müstəvidə mövcud əməkdaşlıq gündəliyi, energetika və iqtisadi sahədə əməkdaşlıq məsələləri, İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıb.

İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

C.Bayramov qarşı tərəfə Ermənistanın son hərbi-siyasi təxribatlarından irəli gələn təhdidlər, Azərbaycanın erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi antiterror tədbirlərini şərtləndirən amillər və aparılan tədbirlərdən sonra bölgədəki cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə tərəflər həmçinin qarşılqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələləri müzakirə edib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button