2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ceyhun Bayramov “Caspian Policy Center”in sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın “Caspian Policy Center” beyin mərkəzinin idarə heyətinin sədri Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı ikitərəfli Azərbaycan-ABŞ münasibətlərinin cari vəziyyəti, bölgədə tranzit, nəqliyyat və enerji sahəsində əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri və regional məsələlər müzakirə edilib.

Görüş zamanı nazir Ceyhun Bayramov ölkəmizin erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarını şərtləndirən amillər, o cümlədən, Ermənistanın son dövrlər Azərbaycana qarşı törətdiyi təxribatlar və ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhdidlər barədə qarşı tərəfə məlumat verib və yüksək dəqiqliklə aparılan antiterror tədbirləri zamanı mülki şəxslərin hədəf alınmadığını bildirib.

Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq işlər aparıldığı və bu məqsədlə elektron portal yaradıldığı diqqətə çatdırılıb.

Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə ilə əlaqədar olmadığı qeyd olunaraq BMT rəsmilərinin bölgəyə son səfərı sonrası verilən açıqlamaların da bunun bariz nümunəsi olduğu bildirilib.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq məsələlərinə toxunan nazir ölkəmizin 2023-cü ildə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) sədrliyi müddətində görüləcək işlər və Bakıda keçirilməsi nəzərdə tutulan sammit barədə məlumat verib. SPECA üzv dövlətləri ilə ölkəmiz arasında həm ikitərəfli hökumətlərarası səviyyədə, həm də Proqram çərçivəsində geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğu vurğulanıb.

Regionda baş verən son proseslərin beynəlxalq yük daşımalarda geniş imkanlar yaratdığı bildirilib. Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsinin regional nəqliyyat və logistika marşrutlarının inkişafına yeni təkan verdiyi diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button