2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ceyhun Bayramov: “İrandakı səfirliyin bağlanmasının konkret səbəbi var”

Nazir bunu silahlı hücumla əlaqələndirib

Azərbaycanın İrandakı səfirliyinin bağlanmasının konkret səbəblərinin olduğu bildirilir.

Bu barədə dekabrın 28-də xarici işlər naziri Ceyhun Bayramov ilin yekunu ilə bağlı keçirdiyi mətbuat konfransnda deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirin sözlərinə görə, səfirliyin bağlanmasının konkret səbəbi terror hücumu və insanların həyatına dair təhlükənin olması ilə bağlıdır.

Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, bu terroru törədən şəxs ən sərt formada cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyi tam təmin edilməlidir. Bizə məhkəmə prosesinin başlaması ilə bağlı tarixlər verilib, bu nəticədən asılı olaraq növbəti qərarları verəcəyik və ancaq bundan sonra səfirliyin bərpası mümkün olacaq”, – deyə Bayramov əlavə edib.

Dekabrın 25-də İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Naser Kənani demişdi ki, tərəflər Azərbaycanın Tehrandakı səfirliyinin işinin bərpası üçün “yol xəritəsi”ni müəyyən ediblər.

2023-cü ilin yanvarın 27-də İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycan səfirliyinə silahlı hücum edib.

Səfirliyin mühafizə rəisi Orxan Əsgərov öldürülüb, daha iki mühafizəçi yaralanıb.

Rəsmi Bakı baş verənləri İranın rəsmi strukturlarının əli olduğu terror aktı kimi dəyərləndirib, təşkilatçıların ciddi cəzalandırılmasını və baş verənlərə müvafiq qiymət verilməsini tələb edib.

Bundan dərhal sonra səfirliyin bütün tərkibi Azərbaycana təxliyə edilib.

İl ərzində İran hakimiyyəti baş verənləri terror aktı kimi tanımayıb və hücumçunun cəzalandırıldığını bildirməyib.

Azərbaycanda yüzlərlə inanclı şəxs İrana casusluqda ittiham edilərək saxlanılıb, sonradan müxtəlif maddələrlə ittiham olunub.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button