2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ceyhun Bayramov: “Son iki gündə Bakıda həyata keçirilən uğurlu siyasətin nəticələrinin şahidi olduq”

“Son iki gündə Bakıda həyata keçirilən uğurlu siyasətin nəticələrinin şahidi olduq”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün açılışında müasir beynəlxalq münasibətlər sistemi konteksində böyük proqram xarakterli çıxışı tədbir iştirakçıları və dünya mətbuatında böyük marağa səbəb olub: “Bu gün də çıxışlar zamanı həmin fikirlərə istinad edilməsinin şahidi olduq”.

Nazir bildirib ki, Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib: “Bu, Azərbaycanın sədrliyi qismində ölkəmiz tərəfindən keçirilən sonuncu böyük beynəlxalq tədbir idi. Uzun müddətdir bu tədbirə hazırlıqlar başlanılmışdı. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün ölkəmizdə keçirilməsi bütün nümayəndə heyətləri tərəfindən təqdir edilib. Onlar yaradılan şəraitə görə Azərbaycana təşəkkür ediblər. Hesab edirəm ki, son iki gündə Bakıda həyata keçirilən uğurlu siyasətin nəticələrinin şahidi olduq”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button