2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ceyhun Bayramov: Sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası məsələləri fərqli proseslərdir

Bakı/28.12.23/Turan: Bakının noyabrın 21-də Yerevandan aldığı təkliflər paketində irəliləyiş var, baxmayaraq ki, tərəflər arasında hələ fikir ayrılıqları qalır, bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov bugünki mətbuat konfransında bildirib.

O, iki ölkənin “sülhə nə qədər yaxın və ya nə qədər uzaq olduğunu” deməkdə çətinlik çəkib. “Hesab edirəm ki, ciddi siyasi iradə olarsa, sülh sazişini tezliklə bağlamaq olar. Əks halda proses uzanacaq”, deyə nazir qeyd edib.

Bayramov qeyd edib ki, sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiyası məsələlərini bir-birindən ayırmaq lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Hətta ciddi ərazi münaqişəsi olmayan ölkələr arasında delimitasiya prosesi uzun müddət davam edə bilər. “Amma biz sülh müqaviləsinin tezliklə imzalanmasını istəyiriksə, bu iki prosesi bir-birindən ayırmalıyıq”, deyə Bayramov bildirib.

O qeyd edib ki, Ermənistanın nəzarəti altında olan 8 kənd haqqında məsələ həmişə danışıqlarda müzakirə olunub, onların Azərbaycana məxsus olması mübahisə predmeti deyil.

Bayramovun fikrincə, Azərbaycan və Ermənistanın danışıqları “üçüncü ölkənin girovu” olmamalıdır. O qeyd edib ki, XİN başçıları sərhəddə də görüşə bilərlər. 06В

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button