2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Ciaran qasırğası Avropanı vurdu!

class=”mediyanet-inline-adv”>

“Ciaran” qasırğası Avropa ölkələrini vurub. İtaliyada fırtına səbəbiylə Toskana başda olmaqla müxtəlif bölgələrdə küçə və prospektlər su altında qalıb, park edilmiş avtomobillər isə sel sularında qalıb.

Qatarların hərəkəti dayandırılıb və nəqliyyatda fasilələr yaranıb. Piza və Mugello şəhərlərindəki xəstəxanaları su basıb. Prato şəhərində 85 yaşlı kişi və 84 yaşlı qadın evlərinin su altında qalması nəticəsində ölüb.

Saytların yığılması Saytlarin yigilmasi

Livorno şəhərində daşqın nəticəsində bir nəfər ölüb. Toskanada 3, Venetoda 1 nəfər itkin düşüb. Bölgə qubernatoru Eugenio Giani küləyin sürəti saatda 140 kilometrə çatdığı üçün fövqəladə vəziyyət elan edib. Florensiyanın meri Dario Nardella şəhərdə “vəziyyətin kritik olduğunu” açıqlayıb. Səlahiyyətlilər qasırğanın İtaliyanın cənubuna doğru irəlilədiyini bildirib və ehtiyatlı olmağa çağırıb.

BİR ÇOX ÖLKƏLƏRDƏ HƏYAT İTKİSİ

Dünən “Ciaran” fırtınasının təsirli olduğu İspaniya, Fransa, Belçika, Hollandiya və Almaniyada da itkilər olub. Belçikanın Gent şəhərində ağacların aşması nəticəsində 5 yaşlı uşaq və 64 yaşlı qadın ölüb. Fransanın şimalındakı Aisne bölgəsində ağacın aşması nəticəsində Le Havre liman şəhərində yük maşını sürücüsü və eyvandan yıxılan kişi ölüb. Hollandiyanın Venray Bələdiyyəsində 1 nəfər, İspaniyanın paytaxtı Madridin mərkəzində 1 nəfər, Almaniyada isə 1 nəfər həyatını itirib. class=”medyanet-inline-adv”>

Fırtına İngiltərədə də həyatı iflic edib. Ölkənin cənubunda küləyin sürəti saatda 135 kilometrə çatıb və yüzlərlə məktəbdə tədris dayandırılıb.

2023-11-03 14:29:10

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button