Now Reading:
CNN: ABŞ Türkiyənin əməliyyatı barədə əvvəlcədən xəbərdar olub

CNN: ABŞ Türkiyənin əməliyyatı barədə əvvəlcədən xəbərdar olub

ABŞ Türkiyə ordusunun kürd silahlılarının Suriya və İraqdakı mövqelərinə qarşı keçirdiyi əməliyyatlar barədə bir saat əvvəl xəbərdar olub. APA-nın xəbərinə görə, bu barədə CNN telekanalına ABŞ Müdafiə Nazirliyindəki yüksək vəzifəli mənbə bildirib.

Qeyd edək ki, Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Mark Toner bildirib ki, Türkiyə Suriya və İraqa zərbələri ABŞ və Vaşinqtonun rəhbərlik etdiyi koalisiya ilə razılaşdırmadan endirib.

Daha sonra Türkiyə prezident Rəcəb Tayyip Ərdoğan kürd terrorçularına qarşı keçirilən əməliyyat barədə Rusiya, ABŞ və digər tərəfdaş ölkələrinin əvvəlcədən xəbərdar olunduğunu qeyd edib.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.