2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

COVİD-19: bu suallara kim cavab verəcək?

Seymur Kazımov

Böhran vəziyyətində manipulyasiyaların, saxta xəbərlərin qarşısını almaq üçün əsas vasitə media ilə səmərəli işdir. Koronavirus (COVİD-19) pandemiyası bütün dünyanı hörümçək toru kimi sarıyıb. Dünyanın baş xəbəri bu mövzudur. Azərbaycanda isə bu məsələyə ənənəvi yanaşılır – yalnız rəsmi informasiyalar verilir. Problemin vahimliyi, detallı təsviri barədə yetərli məlumat yoxdur. Şəffaflıq prinsipi hər zaman olduğu kimi yenə də pozulur.

Saytların yığılması Saytlarin yigilmasi

Ən yaxşı halda Nazirlər Kabineti yanında yaradılmış operativ qərargah ara-sıra mətbuat konfransları keçirir. Bir də məhdudiyyətlərlə bağlı rəsmi xronika verilir. Nəzərə alsaq ki, virusun yayılma arealı genişdir və bütün dünya həyəcan təbili çalır, deməli, vəziyyətin Azərbaycanda da kritik olması ehtimalı var. Belə ki, virusun ən çox yayıldığı üç ölkədən biri – İran Azərbaycanla qonşudur. İkincisi, Qlobal Sağlamlıq Təhlükəsizliyi İndeksinə görə, epidemiyalara qarşı mübarizədə Azərbaycan ən zəif hazırlıqlı ölkələrdən biridir. Üçüncüsü, Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi Öndər Ərgönülün “Azərbaycanda vəziyyət pis ola bilər. Testetmə, infeksiyanı müayinə mərkəzləri yoxdur” sözləri də düşündürücüdür. Dördüncüsü, bütün bunların fonunda hələ də cavabsız suallar var.

Səhiyyə naziri haradadır?İranla dövlət sərhədimiz nə üçün gec bağlandı? Bu dövlətlə qonşu olan Türkiyə və Ermənistan sərhədlərini daha öncədən bağlayıb.Qlobal Sağlamlıq Təhlükəsizliyi İndeksi hesabatına münasibət necədir?ÜST-nin rəsmisi Ərgönülün dediklərinə kimsə münasibət bildirəcəkmi?Karantin altına alınanlardan neçəsi Azərbaycan, neçəsi xarici ölkə vətəndaşıdır?Azərbaycanlılarda virusa yoluxma halı harada baş verib – öz dövlətində, yoxsa xaricdə səfərdə olarkən?Xüsusi çarter reysi ilə Ankaradan Bakıya gətirilən vətəndaşlar karantin altına alınıblarmı? Sosial şəbəkələrdə onların yaxın qohumları ilə qucaqlaşdıqlarını və öpüşdüklərini əks etdirən fotolar yayılıb.Həbsxanalarda və orduda vəziyyət necədir? Ümumi vəziyyətin yaxşı olduğu deyilir, amma bunlar yetərli deyil.Xəstəxanalarda vəziyyət necədir? Digər xəstəlikləri olan pasiyentlərin saxlanma şəraiti haqqında məlumat varmı?AMEA elan edib ki, vaksin hazırlanacaq. Amma bunun üçün laboratoriyanın olmadığı məlum olub.Qatarla sərnişindaşıma məhdudlaşdırılsa da, eyni məsələ metroya tətbiq olunmayıb. Niyə?Nazirlər Kabinetinin operativ qərargahında vətəndaş cəmiyyəti və media nə üçün təmsil olunmur?COVİD-19-la bağlı müayinələr özəl tibb müəssisələrində aparılırmı? Ümumiyyətlə, belə xidmət göstərən tibb obyektlərinin bazası mövcuddurmu?Regionlarda vəziyyət necədir? Orada nəzarət mexanizmi necə tənzimlənir? Bələdiyyələrdə və yaxud icra hakimiyyətlərində qərargahlar yaradılıbmı?Regionlarda profilaktik dezinfeksiya şöbələrinin vəziyyəti necədir, onlar normal standartlara cavab verirmi?Bugünədək karantindən yayınma halları olubmu, buna qarşı necə mübarizə aparılır?Bugünədək Ümumdünya Səhiyyə Təşkilatına yardım, dəstək üçün müraciət olunubmu?

Bunlar birbaşa və bilavasitə pandemiya ilə bağlı suallardır. Buraya xəstəliyin sosial, iqtisadi, hətta siyasi tərəflərini də əlavə etsək, konkret informasiya vakuumunun içərisinə yuvarlandığımızı görərik.

Bir məsələni qeyd etməkdə fayda var ki, zamanında müdaxilə etdikdə dezinformasiyaların qarşısını almaq mümkündür. Yadınızdadırsa, marketlərdə qida və gigiyenik məhsulların toplu şəkildə alınması ilə bağlı fotolar sosial şəbəkəni bürüyürdü. Bu panikaya son qoyan isə iqtisadiyyat naziri Mikayıl Cabbarovun açıqlaması oldu. Məlum oldu ki, bir neçə aylıq qida və qeyri-qida ehtiyatı var və ən əsası da həmin fotolar reallığı əks etdirmir.

Növbəti müsbət məqam virusdan qorunma ilə bağlı sosial çarxların yayımıdır. Yetərlidirmi? Əsla. Debatlar, dəyirmi masalar, müzakirələr, analizlər… yoxdur.

Normalda yuxarıdakı suallardan başlanmış, problemin qlobal təsirlərinə kimi müzakirələr efirlərdən düşməli deyil. Ən son məlumatları da başqa ölkələrin mediasından alırıq. Bu, dünyanın mövzusudur, Azərbaycan da dünyanın bir hissəsidir. Heç olmasa yuxarıdakı suallara cavab verilsin.

Novator.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button