2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Daha 30 ailə Füzuli şəhərinə qayıdıb

Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanının Füzuli şəhərində qarşılanma mərasimi olub.

Toplum TV xəbər verir ki, bölgəyə qayıdan 30 ailəyə (125 nəfər) mənzillərin açarları təqdim edilib.

Bununla da 470-ə yaxın ailənin (1750 nəfər) Füzuli şəhərində məskunlaşdırılması təmin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəl Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Füzuli şəhərinə köçəcək sakinlər üçün təlim keçdiyi bildirilirdi. 

Qurumdan verilən məlumata görə, agentlik nümayəndələri sakinlərə Partlayıcı Sursat Riskinin Maarifləndirilməsi mövzusunda təlim keçiblər.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button