2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Daha 8 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib

Prezident olmaq istəyənlərin sayı 15-ə çatıb

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisində daha 8 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Bu barədə dekabrın 26-da MSK-ın iclasında komissiyanın katibi Arifə Muxtarova açıqlama verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Müzakirələrdən sonra Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb.

Adları çəkilənlərdən Mətləb Mütəllimli, Abutalıb Səmədov, Yunus Oğuz və Qulamhüseyn Əlibəyli bu ilin mart-aprel aylarında partiyalarını buraxıblar. Mətləb Mütəllimli Sosial Ədalət, Abutalıb Səmədov Azərbaycan Naminə Alyans, Yunus Oğuz Milli Vəhdət, Qulamhüseyn Əlibəyli isə Aydınlar partiyasının sədri idi.

Keçmiş maliyyə naziri Fikrət Yusifov 2020-ci ildə, ondan iki il sonra Arzuman Abdulkərimov Ana Vətən Partiyasından istefa veriblər.

Yusif Bağırzadə isə 2015-ci ildə parlament seçkilərinə 5 gün qalmış Milli İstiqlal Partiyasının sədr postundan və partiyadan istefa vermişdi.

Siyasi mənsubiyyəti olmayan Sərvan Kərimov 1958-ci ildə Füzuli rayonunun Yuxarı Əbdülrəhmanlı kəndində dəmirçi ailəsində anadan olub.

1981-ci ildə Memarlıq və İnşaat Unverstetinin Mexanika fakultəsini bitirib.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Fuad Əliyev namizədliklərini irəli sürüblər.

Ümid və Haqq Ədalət partiyaları seçkidə İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

AXCP, MüsavatKlassik Xalq Cəbhəsi partiyaları isə seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button