2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Daha bir azyaşlı qızılcadan vəfat edib

Lənkəran rayonunda azyaşlı qız qızılcadan ölüb.

Toplum TV “Report”a istinadən xəbər verir ki, rayonun Veravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl, fevralın 15-də Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edərək qızılca əleyhinə peyvənd olunmaq barədə çağırış etmişdi.

Son aylarda qızılca xəstəliyinin yayılması nəticəsində ölkədə çox sayda uşaq və yeniyetmə arasında ölüm halı qeydə alınıb.

 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button