2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Daha bir gənc fəal yoxa çıxıb

“Gənc dostumuz Azer Kazımzadə bu gün səhər saatlarında Bakıda Azərbaycan polisi tərəfindən oğurlanaraq naməlum istiqamətə aparılıb. O, dörd gün bundan əvvəl – mayın 12-də Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsində vəhşicəsinə qətlə yetirilən mərhum Zaur Sultanovun ölüm faktını face-de işıqlandırmış və hadisəni ictimailəşdirə bilmişdi”.
Bunu feysbukda tanınmış jurnalist Rafiq Cəlilov yazıb.
O, ictimaiyyəti bu məsələni diqqətdə saxlamağa çağırıb: “Bununla bağlı olaraq dünən Azər bəy Suraxanı Polis İdarəsinə aparılaraq qorxudulmuşdu. Görünür polislər dünənki hədə-qorxunun təsirsiz ötüşdüyünü zənn edərək, onu bu gün səhər saatlarında təzədən oğurlamışlar.
Dostları, Azərbaycan ictimaiyyətini Azər Kazımzadənin polislər tərəfindən bu gün səhər saatlarında oğurlanmasını diqqətdə saxlamasına çağırıram”.
Daha sonra Rafiq Cəlilov yazıb: “Demək belə, Azer Lerikli Talish barədə 102 xidməti ilə əlaqə saxlayıb suraxanı rayon polis idarəsi nömrəsini aldım, (012 4520202) danışdım.  Dedilər ki, Azər idarəyə yox, 30-cu bölməyə aparılıb, 30-cu polis bölməsi ilə (012 4575702) əlaqə saxladım. Bildirdilər ki, Azər 30-cu bölməyə gətirilib və hal hazırda bölmədə deyil. Dəqiq məlumat ala bilmədim, demək nə isə gizlinləri var”.
Qeyd edək ki, ictimai fəal Azər Kazımov (feysbuk adı Azer Lerikli Talish) ötən gün Xəzər rayon polis bölmələrindən birində həlak olan (yaxınlarının dediyinə görə, döyülərək öldürülən) Zaur Sultanovla bağlı olayı ictimailəşdirdiyinə görə Suraxanı polisinə aparılmışdı.
Arqument.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button