Now Reading:
Danimarka dünya ölkələrinə viza verilməsini dayandırıb

Danimarka dünya ölkələrinə viza verilməsini dayandırıb

Danimarkanın xarici ölkələrdəki nümayəndəlikləri və immiqrasiya xidmət elektron viza sistemindəki nasazlığa görə hazırda viza ilə bağlı ərizələrə cavab verə bilmir.

“Report” “Korrespondent”ə istinadən xəbər verir ki, bu haqda Danimarkanın İmmiqrasiya, İnteqrasiya və Mənzil-Tikinti Nazirliyi məlumat yayıb.

İnformasiyada bildirilib ki, “VU1” biznes və “VU2” xüsusi səfərlər üçün vizaları immiqrasiya xidmətinin saytından kağız şəklində əldə etmək mümkün olsa da, sistemdəki problem öz həllini tapmayanadək sənədlər hazırlanmayacaq.

Input your search keywords and press Enter.