Loading...
Loading...
Texnologiya

'Dead Space' yaradıcısının yeni qorxu oyunu 'The Callisto Protocol'dan fotolar təqdim edilib

    İnternetdə survival-horror janrına aid olan yeni “The Callisto Protocol” oyunu barəsində məlumatlar ortaya çıxıb. Məlumatlarla yanaşı oyunun yeni fotoları da yayımlanıb. Beləliklə sözügedən oyunda oyunçular Jacob Lee adlı personajı idarə edəcəklər. Bu personaja xarici görünüşünü isə “Transformers” film seriyasından tanınan aktyor Joshua Duhamel təqdim edib. Oyunun süjet xəttinə əsasən Yupiterin peyklərindn biri olan Kallistoda mənşəyi bilinməyən virus Black Iron adlı yerli həbsxananın sakinlərini qorxunc mutantlara çevirir. Oyunun yaradıcıları oyunda olan mutantların yaradılması prosesində məhz insanlardan ilhamlanıblar. Belə ki, onlar real insanları skan ediblər və daha sonra skan nəticəsində əldə edilmiş modelləri eybəcərləşdirərək virusun yaratdığı mutasiyanın müxtəlif mərhələlərini əks etdiriblər.

    “Dead Space” oyununda olduğu kimi “The Callisto Protocol” oyununda da mutantları parçalara ayırmaq mümkün olacaq. Bununla belə onların bədənlərinin müxətlif hissələrini parçalamaqla onların öldürülmə üsullarını fərqli şəkildə reallaşdırmaq olacaq. Məsələn əgər mutantın ayağına atəş açılsa, o, yerdə sürünməyə başlayacaq. Bu halda oyunçu onu sadəcə olaraq tapdalaya bilər. “Dead Space” oyunlarında olduğu kimi burda da havalandırma sistemləri mühüm rol oynayacaqlar. Belə ki, mutantlar havalandırma sistemlərindən istifadə edərək oyunçuya ani hücum reallaşdıra bilərlər. Bundan əlavə olaraq “Dead Space” seriyasında olduğu kimi “The Callisto Protocol”-da da oyunçu telekinez bacarığından istifadə edə biləcək.

    Qeyd etmək lazımdır ki, oyunun hazırlanma prosesinə rəhbərlik edən şəxs Glen Schofield-dir. Məhz bu şəxs ilk “Dead Space” oyununun hazırlanma prosesinə rəhbərlik etmişdi. Onu hətta “Dead Space” seriyasının atası adlandırmaq olar. “The Callisto Protocol” oyununun ideyası onda 2019-cu ildə yaranmışdı. İlk əvvəl o, hadisələrin Yer kürəsində cərəyan edəcəkləri bir oyun yaratmaq istəyirdi. Lakin daha sonra süjet xətti Yupiterin peyki Kallistoya köçürüldü. “The Callisto Protocol” bu ilin ikinci yarısında Xbox Series S, Series X, Playstation 5 konsolları və PC üçün satışa çıxmalıdır.

24 saat” “'Dead Space' yaradıcısının yeni qorxu oyunu 'The Callisto Protocol'dan fotolar təqdim edilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button