2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək

Yanvarın sonunda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək.

Toplum TV xəbər verir ki, bunu yanvarın 15-də “Azadlıq” radiosunun erməni redaksiyasına açıqlamasında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

Bununla belə o qeyd edib ki, iclasın konkret günü, vaxtı və yeri hələ razılaşdırılmayıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, ilkin razılaşmalara əsasən, iclasda əvvəlcə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsi müzakirə olunacaq. Bu layihədə birgə iş zamanı istifadə olunacaq sənədlərin və hüquqi əhəmiyyət kəsb edən hüquqi aktların növləri aydın şəkildə göstərilməlidir. 

Sonuncu dəfə Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının iclası noyabrın 30-da İcevan (Karvansara) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə baş nazirlərin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin rəhbərliyi ilə baş tutub.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button