2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasətXəbərlər

Demokratik Qüvvələrin Milli Şurası  martın 2-ə mitinq təyin etdi

Demokratik Qüvvələrin Milli Şurası  mart ayının 2-də mitinq keçirmək barədə qərar qəbul edib. 

Az24saat.org xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli məlumat verib. Mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.

Qeyd edək ki, Milli Şura son dəfə 19 yanvar tarixində mitinq keçirib. Bundan sonra yanvarın 26-da və fevralın 23-də mitinqlər təyin edilib. Hər iki müraciətə Bakı Şəhər İcra Hakimiyyəti “yox” cavabı verib.

Bu gün Milli Şura mitinqə icazə verilməməsi ilə bağlı bəyanat yayıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Şübhəsiz ki, BŞİH bu “yox” cavablarını Prezident Administrasiyasının, daha dəqiqi bilavasitə ölkə başçısı İlham Əliyevin göstərişi ilə verir. Vətəndaşların sərbət toplaşmaq hüququnu əlindən alan bu qərar ölkə Konstitusiyasının 49-cu, Avropa Konvensiyasının 11-ci maddələrinin kobud şəildə pozulması, Azərbaycanın ATƏT və AŞPA qarşısındakı öhdəliklərinə ziddir. Azərbaycan hakimiyyəti dinc mitinqlərin təşkilinə sistemli şəkildə imkan verməməklə diktaturaya tam keçid etdiyini göstərir”.

Milli Şura hesab edir ki, mitinqə razılıq verilməməsi  hakimiyyətin 19 yanvar mitinqindən sonra keçirdiyi qorxunun nəticəsidir.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button