2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Deputat ABŞ-ın "agentura şəbəkəsinin" ifşa olunacağını deyir

Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ-da təhsil almış azərbaycanlı məzunların təxirə salınmış Bakı toplantısı barədə açıqlama verib. 

Toplum TV-nin xəbərinə görə, Fəzail Ağamalı noyabrın 27-də “Report” informasiya agenliyinə müsahibəsində deyib ki, sözügedən toplantının əsl məqsədi ABŞ-ın “Azərbaycandakı agentura şəbəkəsini” bir araya gətirmək olub

Deputat onların ifşası istiqamətində tədbirlərin görüləcəyini bəyan edib:   

Saytların yığılması Saytlarin yigilmasi

“Dünyanın istənilən ölkəsində, o cümlədən ABŞ-da azərbaycanlılar müxtəlif vaxtlarda təhsil alıblar. Lakin onların indiyə qədər görüşü keçirilməyib. Deməli, məqsəd ayrıdır. Reallıqda bu, ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən öz agentura şəbəkəsinin bir araya gəlməsidir. Onlara lazımi təlimatlar veriləcək. Bu təlimatların arxasında Azərbaycana qarşı məkrli planlar dayanır. Şübhəsiz ki, onlar müxtəlif tapşırıqlarla fəaliyyətə başlayacaqlar. Düşünürəm ki, bu, heç bir nəticə verməyəcək”.

ABŞ səfirliyi Amerika universitetlərinin məzunları ilə noyabrın 27-də “Marriott Absheron” otelində təntənəli görüş keçirməli idi. 

Baku TV və “Qafqazinfo” saytlarında səfirliyin “casus şəbəkəsi” və “ABŞ-da təlim keçərkən Amerika agenti kimi cəlb edilmiş” şəxslərlə görüş təşkil etməsi barədə iddialardan sonra görüş təxirə salınıb. 

 ABŞ-ın Bakıdakı səfirliyi “Turan” informasiya agentliyinin sorğusuna cavabında bildirib ki, tədbirdə hökumət, təhsil, qeyri-kommersiya və özəl sektorlar da daxil olmaqla müxtəlif təbəqələrdən olan 400-dən çox qonağın iştirakı gözlənilirdi.

Səfirlik tədbirin tezliklə keçiriləcəyinin ehtimal olunduğunu bildirib. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button