2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Deputat: Bakı sakinləri həyatlarının 1,5 ilini tıxaclarda keçirir

“Bakı sakinləri həyatlarının 1,5 ilini tıxaclarda keçirir”

Toplum TV xəbər verir ki, bunu Milli Məclisin deputatı İltizam Yusifov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yanvarın 17-də keçirilən iclasında deyib. 

Onun sözlərinə görə, Bakı dünyada ən çox tıxac problemi olan şəhərlərdən biridir. 

Saytların yığılması Saytlarin yigilmasi

Deputat hesablama aparıb: “Əgər bir insanın səhər 10-15, axşam da 10-15 dəqiqə tıxacda qaldığını nəzərə alsaq, bu, ildə 7,6 gün edir. Azərbaycanda orta ömür həddinin 73 il olduğunu nəzərə alsaq, belə məlum olur ki, Bakıda yaşayan bir nəfər ömrünün 1,5 ilini tıxaclarda keçirir. Bu, həddindən artıq böyük rəqəmdir”.

Deputat onu da vurğulayıb ki, dünyanın ən tıxaclı şəhərlərində – İstanbul və Moskvada ildən tıxacda qalmaq nisbəti 5 gündən bir az çoxdur.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button