2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Deputat: Qızılcayaya görə bütün təhsil müəssisələri bağlanmalıdır

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Aqiyə Naxçıvanlı ölkədə qızılca xəstəliyinin yayılması ilə əlaqədar təhsil müəssisələrinin bağlanması üçün çağırış edib. 

Toplum TV xəbər verir ki, bu barədə deputat Pravda.az-a açıqlamasında bildirib. 

“Çox həyəcanlı məlumatdır. Artıq qızılcaya yoluxma sayı 200-ü keçib, 2 şagird dünyasını dəyişib. Əvvəllər qızılcaya qarşı peyvəndləmə olurdu. İndi isə statistikanı bilmirik ki, kim uşağını peyvənd edib, kim yox. Bu sahədə maarifləndirmə işi aparılmalıdır. Bütün pediatrlar mobilizə olunmalı, vəziyyət nəzarətə götürülməlidir. Poliklinikalar aktiv işləməlidirlər. Qızılcanın daha geniş yayılmaması üçün uşaqlar evlərində olmalıdır. Ən vacibi isə budur ki, təhsil müəssisələri bağlanılsın. Biz 1 həftə deyirik, amma ola bilsin ki, 1 həftə az müddətdir. Əlbəttə, uşaqların biliyi, təhsili hər zaman vacibdir, amma onların sağlamlıqları təhsildən də öncədir. Çağırış edirəm ki, universitetlər, məktəblər, bağçalar vaxtında bağlansın”.

Saytların yığılması Saytlarin yigilmasi

Aqiyə Naxçıvanlının sözlərinə görə, təmasın sıx olması xəstəliyin sürətlə yayılmasına gətirib çıxaracaq. O bildirib ki, bunun qarşısını almağın bir yolu var – izolyasiya, uşaqların evdə olmaları və profilaktik tədbirlərin görülməsi. 

“Yoluxma sayı tam sıfıra enənə qədər məktəblərin açılmasının tərəfdarı deyiləm. Lazımdırsa, dərslər onlayn keçirilsin. Biz onlayn mərhələni bir dəfə də keçmişik, respublikamızda artıq bu praktika var”, – deyə o qeyd edib.  

Deputat həmçinin təhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqələrinin ixtisaslaşması ilə bağlı məsələnin şübhəli olduğunu qeyd edib. 

Noyabrın 30-da Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəb 10 yaşlı məktəblinin qızılca xəstəliyindən vəfat etdiyi barədə məlumat yayıb. TƏBİB məsələnin araşdırıldığını bildirib. Ümudünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi isə əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button