2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Deputat Ülvi Quliyev qaziyə köhnəlmiş ət göndərdi – VİDEO/FOTO

Deputat Ülvi Quliyev qaziyə köhnəlmiş ət göndərdi – VİDEO/FOTO 15 saylı Yasamal I seçki dairəsindən deputat Ülvi Quliyevin adından Vətən Müharibəsi iştirakçılarına göndərilən Qurbanlıq payı narazılığa səbəb olub.

AFN xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, deputatın qazilərə göndərdiyi qurbanlıq ət payı köhnə kəsilmiş olub, eyni zamanda ətin rəngi də dəyişib. Namir Hasanlı adında qazimiz də bu “pay”dan alanlar arasındadır: “Bu edilən həqiqətən hörmətsizlikdir, biabrçılıqdır, ayıbdır.
Bu gün heçnə istəmədəyim halda “JEK”-dən zəng etdilər ki, deputat adiyyatı üzrə şəxslərə Qurban payı göndərib, mümkündürsə, gəlin. Belə bir tələbim olmadığı halda Qurban ətidir dedim, getdim götürdüm. Evə gəlib baxıram ki, ət bu halda, kiflənmiş, iylənmiş vəziyyətdədir.

Deputat Ülvi Quliyev qaziyə köhnəlmiş ət göndərdi – VİDEO/FOTO

Saytların yığılması Saytlarin yigilmasi

Yaşadığım ünvanda, Yasamal rayonunda onlarla şəhid, qazi ailəsi var. Şəhid ailəsinə və yaxud digər bir ailəyə belə ət layiq görmək nəyə sığır? Heç nə, canları sağolsun! Vətən sağolsun!”

Qazimiz deputatın adından göndərilən ətin videosunu da paylaşıb. Həmin görüntüləri təqdim edirik:

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button