2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Deputatdan sənədsiz evlərlə bağlı ÇAĞIRIŞ

Milli Məclisdə 2017-ci ilin büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva ölkədə on minlərlə sənədsiz evin olduğunu qeyd edərək onların məsələsini qaldırıb və hökumətə çağırış edib:

24saat.org  modern.az-a istinadən xəbər verir ki, deputat bildirib:

“Büdcəyə daxilolmaların artması, əlavə mənbələr barədə danışırıq və mən bu mənbələrdən biri ilə bağlı məsələ qaldırmaq istəyirəm. Bu gün ölkəmizdə on minlərlə sənədsiz ev var. Onların sənədləşmə mexanizmlərinin qısa zamanda tapılması vacibdir. Bu məsələnin həlli yüz minlərlə vətəndaşımızın həyatı üçün olduqca vacib olmaqla yanaşı, dövlət büdcəsinə böyük həcmdə vergi və rüsumların cəlb edilməsinə də təsir göstərə bilər. Ona görə də müvafiq qurumların bu məsələyə böyük diqqət göstərməsi çox önəmlidir. On minlərlə ailə üçün çox vacib olan bu məsələ ilə bağlı, ümid edirik ki, qısa zamanda ciddi addımlar atılacaq”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button