2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Devid Kemeron: “Böyük Britaniya Qəzzaya humanitar yardım üçün əlavə 30 milyon funt sterlinq ayıracaq”

“Böyük Britaniya Qəzzaya humanitar yardım üçün əlavə 30 milyon funt sterlinq ayıracaq”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeron BBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Böyük Britaniya Birləşmiş Millətlər Təşkilatına və Qəzzadakı digər qurumlara, əsasən, sığınacaqlar, ədyal, qida və dərman kimi humanitar yardım üçün əlavə 30 milyon funt sterlinq ayıracaq.

Devid Kemeron girovların Qəzzadan çıxarılması və humanitar yardım üçün döyüşlərə bir günlük fasilənin verilməsini alqışlayıb.

Britaniya XİN başçısı İsraillə davamlı dialoq aparacağını da diqqətə çatdırıb. O qeyd edib ki, Fələstin xalqı üçün uzunmüddətli təhlükəsizlik və sabitlik təmin edilmədiyi müddətcə İsrail özü də təhlükəsiz olmayacaq.

“Fələstin xalqı üçün uzunmüddətli təhlükəsizlik və sabitlik təmin edilmədikcə İsrail üçün də uzunmüddətli təhlükəsizlik və sabitlik olmayacaq. İsrailin uzunmüddətli təhlükəsizliyini təmin edəcək şəkildə hərəkət etməlidir”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button