2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşları ayıq olmağa çağırıb

Bakı/27.10.21 Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib. Bu barədə DİN-in Mətbuat Xidmətinin oktyabrın 27-də yaydığı müraciətdə deyilir.

Sosial media üzərindən olunan müraciətdə vətəndaşlara diqqətli olmaları çağırışı edilir.

Müraciətdə mobil və şəhər nömrələrindən, saxta xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə, hətta bank əməkdaşları olsalar belə, bank kartı məlumatlarını (yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) təqdim etməmək tövsiyə olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Müraciətdə həmçinin işə qəbul olunmaq adı ilə “sağlamlıq haqqında arayış” üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş olunmaması tövsiyə olunur.

“Alqı-satqı saytlarında hər hansı bir mənzili, avtomobili (telefon, geyim əşyaları, mebel və s.) dəyərindən çox aşağı qiymətə elana qoyan şəxslərə alacağınız əmlaka və məhsula baxış keçirmədən beh verməyin”, deyə məlumatda qeyd edilir.

Müraciətdə habelə – “xakker”, “baxıcı”, “faizə pul”, “profillərin izlənilməsi” və bu kimi digər səhifələrə müraciət etməmək, hesablarına pul köçürməmək tapşırılır. -05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button