Gündəm

DİN: Özünü jurnalist kimi təqdim edib pul tələb edən şəxs saxlanılıb – VİDEO

Abşeronda özünü jurnalist kimi təqdim edərək obyekt sahibindən hədə-qorxu ilə pul tələb edən şəxsin saxlanıldığı bildirlir. 

Bu barədə DİN Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ictimai iaşə obyektlərindən birinin sahibi tanımadığı bir nəfərin guya obyektdə karantin qaydalarının pozulduğunu və bu barədə reportaj hazırlamamaq üçün ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib.

Cinayəti törətməkdə şübhəli bilinən Nərmin Hacıyeva obyektin sahibindən 500 manat alan zaman saxlanılıb. 

Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqəsi və digər maddi sübutlar aşkar olunaraq götürülüb. 

O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button