2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

DİN və DSX sərhəddə əməliyyat keçirib, saxlanılanlar var

İyunun 21-də saat 01:30-da Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İrandan Azərbaycana istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan tarixdə saat 07:00-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan vətəndaşı Amiri Məcid İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button