2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Diplomatiya veteranı Metyü Brayza Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olacağını bildirir

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olacaq. İki həftə öncə Bakıda idim, yüksək səviyyədə görüşlər keçirdim və bilirəm ki, Azərbaycan rəhbərliyi sülh müqaviləsinin bağlanmasında çox maraqlıdır. Paşinyan və Əliyev bu müqaviləni imzalamağa çalışırlar, Avropa İttifaqı vasitəçilikdə çox uğurlu rol oynayır. İki ay ərzində imzalanmasını gözləyirəm. Bakıda əmindirlər ki, əgər Paşinyan sağ qalarsa, sülh olacaq”, – Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyü Brayza GSAC  youtube kanalında “Siyasət belə aparılır” verilişində bildirib.

Strateji baxımdan Azərbaycan ABŞ və Avropa üçün vacib ölkədir, çünki onun nefti və qazı var. Həm də ona görə vacibdir ki, müsəlman əhalisi olan bu dünyəvi ölkə İran və digər müsəlman ölkələri üçün alternativ inkişaf nümunəsi ola bilər. İranın şimal hissəsində əhalinin əksəriyyəti azərbaycanlılardır, Azərbaycan onlara yaxşı nümunə ola bilər. ABŞ İranda separatizmi dəstəkləmir”, – o deyib.

“Ermənistan diaspor və Azərbaycanla münaqişəyə görə ABŞ üçün vacib ölkədir. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayarsa, ABŞ üçün daha da vacib olmaq imkanı qazanar. O zaman Ermənistana çoxlu investisiyalar olacaq, o, Gürcüstandan keçən yolla yanaşı, Asiyadan Avropaya yeni yol olacaq. Ermənistanın Türkiyə ilə münasibətləri yaxşılaşacaq”, – amerikalı diplomat əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Brayza bu ilin sentyabrında Laçın dəhlizində və Qarabağda Azərbaycanın hərəkətlərini ermənilərin hərbi təxribatları ilə izah edib.

M.Brayza ABŞ diplomatik korpusunun karyeralı əməkdaşıdır və ABŞ-ın Azərbaycandakı keçmiş səfiridir (fevral 2011-yanvar 2012). 2012-ci ilin yanvarında Senat onun bu posta təyinatını təsdiqləməkdən imtina etdikdən sonra Brayza diplomatik xidmətdən ayrılıb.

Keçmiş səfirin sözlərinə görə, ABŞ-dakı bir erməni diaspor təşkilatı onun təyinatına qarşı çıxıb, Brayzanın əleyhinə çıxış edən demokrat- senatorlar Robert Menendes və Barbara Bakserə pul ödəyib. Hazırda senator Menendes böyük korrupsiya sövdələşmələrində ittiham olunur.

Ermənilər həmçinin Senata xatırladıblar ki, Brayza türk əsilli amerikalı, siyasi elmlər üzrə mütəxəssis Zeyno Baranla evlidir və buna görə də Ermənistan-Azərbaycan danışıqlar prosesində obyektiv vasitəçi ola bilməz.

“Ermənistan hökuməti və digər erməni diaspor təşkilatı mənim Azərbaycanda səfir təyin olunmağıma qarşı çıxmadılar. Adətən Senat səfirlərin namizədliyini müzakirə etmədən qəbul edir. Ancaq mühüm bir post müzakirə edildiyində və ya təyinat ölkəsi ABŞ üçün xüsusi əhəmiyyət kəsb etdiyində istisnalar olur”, – Brayza deyib.

M. Brayza izah edib ki, bu cür ödənişli siyasi lobbiçilik Amerika dövlət sistemində normal praktikadır.

Rusiya ilə müharibədə özünü müdafiə edən Ukraynaya Amerikanın dəstəyinə toxunan M.Brayza bildirib ki, respublikaçıların məhdud qrupu  “Ukraynaya hərbi yardımın qarşısını alırlar”. Səbəb budur ki, ABŞ-ın Meksika ilə sərhəd siyasətini dəyişdirmək istəyən Baydenə təzyiq göstərmək istəyirlər. Bu, cəfəng və təhlükəlidir. ABŞ-da siyasi debatlarda belə cəfəngiyyalar çoxdur”, – Brayza deyib.

“Hazırda Respublika Partiyası vaxtilə mənim hökumətdə çalışdığım dövrdə olduğu kimi deyil. Bu partiya şüarlarla mübarizə aparır, dürüst siyasi depatlar yoxdur. Hazırda orada Tramp kultu var”.

“Putin axmaq deyil, çox rasional adamdır. Onun Ukraynadakı hərəkətlərinə qarşı Qərbdən reaksiya yox idi, ona görə də lazım bildiyi kimi hərəkət etdi”, –  diplomat deyib.

Həmçinin o, Rusiyanın Gürcüstana qarşı təcavüzünə ABŞ-ın soyuq münasibətini qiymətləndirir. M. Brayza deyir ki, Rusiya Ukraynaya daxil olduqdan sonra amerikalı və avropalı siyasətçilər öz səhvlərini etiraf etdilər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button